Emin Əmrullayev Chat gpt-nin sahibi şirkətlə memorandum imzaladı

➡️ Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında süni intellekt texnologiyalarının təhsildə tətbiqinə dair 3 illik anlaşma memorandumu imzalanıb.

➡️ Razılaşma müəllim və şagirdlər üçün tədris imkanlarının təkmilləşdirilməsi, süni intellekt əsaslı alətlərin hazırlanması və təlimlərin keçirilməsini nəzərdə tutur.

➡️ Tərəflər təhsil müəssisələrində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadə üzrə yanaşmalar hazırlayacaq.

➡️ Əməkdaşlıq çərçivəsində riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə tədris prosesində “OpenAI” texnologiyalarından istifadə imkanları inkişaf etdiriləcək.