Ermənistanda 2 “qanuni oğru” saxlanılıb

Ermənistan polisi kriminal iyerarxiyada yüksək mövqedə olan iki şəxsi saxlayıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, 58 və 56 yaşlı “qanuni oğrular” arasında baş verən münaqişə ilə bağlı araşdırma aparılır.

Məlumata görə, tərəflər İrəvanda qarşıdurmaya girib, fiziki zor tətbiq edilib. Hər iki şəxs istintaqa təhvil verilib.