İran ABŞ-la danışıqların davam etdiyini təkzib edib

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Qətərdə görüş keçirildiyi və ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşünün planlaşdırıldığı barədə məlumatların əsassız olduğunu bildirib.

Rzayinin sözlərinə görə, Tehran öz şərtlərinə Vaşinqtondan açıq və konkret cavab istəyib, lakin hələ cavab almayıb.