Kazinoda 10 min dollar udan, həyat yoldaşının vəfatından sonra çox yaşamayan bəstəkar
Lent.az “Unudulan sənətkarlar” rubrikasında Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın həyatından maraqlı məqamları təqdim edir.
🎲 Bəstəkarın qızı Canana Süleymanlının sözlərinə görə, anası Honkonqa səfərləri zamanı Makauya gedərək kazinolara baş çəkməyi sevirmiş. Hətta səfərlərinin birində kazinoda 10 min Honkonq dolları udub. Onun sevimli məşğuliyyətlərindən biri də nərd oynamaq olub.
❤️ Ruhəngiz Qasımova həyat yoldaşı Vasif Süleymanova uzun illər səhhətindəki problemlərlə əlaqədar qulluq edib. 2021-ci il dekabrın 16-da həyat yoldaşının vəfatı bəstəkara ağır təsir göstərib.
🕯️ Bu itkidən cəmi 10 ay sonra, 2022-ci il oktyabrın 9-da Ruhəngiz Qasımova 82 yaşında Honkonqda vəfat edib. Onun nəşi Bakıya gətirilərək həyat yoldaşının yanında dəfn olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.