Xalq artisti Mələy kə Əsədovaya ağır itki – bacısı qızı vəfat etdi

Sənətçinin 29 yaşlı bacısı qızı Mina İranda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Üç qız anası olan Mina bu yaxınlarda oğul övladı dünyaya gətirib.

2008-ci ildə Mina anasını və 13 yaşlı bacısını dəm qazından boğulma nəticəsində itirmişdi.