Müdafiə Nazirliyində 160 milyon manatlıq mənimsəmə: 41 milyon manat dövlətə qaytarılıb
• Müdafiə Nazirliyində mənimsənildiyi bildirilən ümumilikdə 160 milyon manatın 41 milyon manata yaxını dövlətə geri ödənilib.
• Məbləğin 38 milyon manatı ibtidai istintaq, 2 milyondan bir qədər çoxu isə birinci və apellyasiya məhkəməsi mərhələsində qaytarılıb.
• General-mayor Nizami Məmmədov dövlətə vurulan ziyanın 12 milyon manatını ödəyib. Digər hissə digər təqsirləndirilən şəxslər tərəfindən qarşılanıb.
• Təqsirləndirilən şəxslərin əmlakları da dövlət nəfinə müsadirə edilib.
• Bakı Apellyasiya Məhkəməsi zabitlərin şikayətlərini təmin etməyib. Onların həbsdə saxlanılması barədə qərar verilib.
• Məhkumların kassasiya şikayəti verəcəyi, son qərarı isə Ali Məhkəmənin verəcəyi bildirilir.
| Qafqazinfo
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.