Laçında dağlıq ərazidə yanğın baş verib

🚒 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

📍 Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

🌬️ Mürəkkəb relyefə və küləkli hava şəraitinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov söndürülüb.