Məktəblərdə kütləvi pul yığılır - İDDİA - SƏS YAZILARI
🔹 Bakı məktəblərində 5 oktyabr – Müəllimlər Günü ilə bağlı şagirdlərdən pul toplanması barədə iddialar səsləndirilib.
🔹 Sosial şəbəkələrdə yayılan səs yazıları və mesaj görüntülərində bəzi məktəblərdə 30-50, hətta 150 manatadək pul yığıldığı iddia olunur.
🔹 İddialara görə, toplanan vəsaitin bir hissəsi təmir işləri, şagirdlərin iş dəftərləri və kitabları, eləcə də müəllimlər günü üçün nəzərdə tutulub.
🔹 Yayılan materialların bir sıra Bakı və Sumqayıt məktəblərinin siniflərinə aid olduğu bildirilir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.