Moskvada benzin satışına yeni limit tətbiq edilib

“Qazpromneft” yanacaqdoldurma məntəqələrində bir avtomobil üçün benzin satışı 60 litrdən 30 litrədək azaldılıb.

🔥 Yeni limit Ukraynanın ötən gecə Moskvanın Kapotnya rayonundakı neft emalı zavoduna dron zərbəsindən sonra tətbiq olunub.

Zavod Moskva regionunun yanacaq tələbatının təxminən 40%-ni təmin edir.