Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Rusiya ilə münasibətlərdə əsas maneə Moskvanın Gürcüstanın ərazi bütövlüyünü tanımamasıdır.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əsas məqsədi işğala son qoyulmasıdır. Papuaşvili vurğulayıb ki, Cənubi Osetiya və Abxaziya müstəqil dövlətlər deyil və bu ərazilərdə Rusiya effektiv nəzarət həyata keçirir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.