Rusiyada azərbaycanlı sürücü süpürgəçini vuraraq öldürüb

📍 Hadisə Kalmıkiyada, Elistaya gedən avtomobil yolunda baş verib.

▪️ 40 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yoldan çıxaraq təmizlik işləri aparan 41 yaşlı yol xidməti əməkdaşını vurub.

Piyada hadisə yerində həyatını itirib.

Qəzanın səbəbləri araşdırılır.