Türkiyə vətəndaşı Azərbaycanda dini nifrətin yayılması ilə bağlı beynəlxalq axtarışa verilib

▪️Baş Prokurorluğun məlumatına görə, Celal Çiftçi hakimiyyətin zorla ələ keçirilməsinə və dini düşmənçiliyin salınmasına yönələn materialların yayılması ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

▪️Barəsində beynəlxalq axtarış elan olunan şəxslə bağlı Türkiyənin səlahiyyətli orqanlarına hüquqi yardım sorğuları göndərilib. İbtidai istintaq davam edir.