Uşağın fəryadını eşitməyən “hoca”nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?
Türkiyədə altı yaşlı qızının dini nikah adı altında yetkin şəxslə evləndirilməsi və ci*nsi istis*marı ilə bağlı 18 il 9 ay həbs cəzası alan Hiranur Vəqfinin təsisçisi Yusuf Ziya Gümüşel 17 iyun 2026-cı ildə səhhəti ilə bağlı əsaslar nəzərə alınaraq ev dustaqlığı və ölkədən çıxış qadağası şərti ilə azad edilib.
Ən diqqətçəkən məqamlardan biri isə Gümüşelin tərəfdarlarının onu təkbir səsləri ilə qarşılaması və Türkiyədə “Cübbəli Ahmet Hoca” kimi tanınan Ahmet Mahmut Ünlünün bu qərarı sevinclə qarşılaması olub.
Cübbəli Ahmet hətta bu işdə əməyi olduğunu düşündüyü şəxslərə, o cümlədən “Yeni Şafak” qəzetinə təşəkkür edib.
Burada istər-istəməz sual yaranır: Bu böyük sevincin içində altı yaşlı uşağın taleyini düşünən oldumu?
Söhbət sadəcə məhkəmə qərarından getmir. Söhbət uşağın hüquqlarından, onun yaşadığı ağır istismardan gedir.
Bir tərəfdə uşağın hüquqları, digər tərəfdə isə dini çevrələrin və bəzi media qurumlarının mövqeyi dayanır.
Cübbə var, nəsihət var, bəs uşağın haqqı?
Dini dəyərlərdən, mərhəmətdən və ədalətdən danışmaq asandır. Əsl sınaq isə həssas məqamda hansı mövqedə dayanmaqdır.
Altı yaşlı uşaq nik*aha və cin*si münasibətə hüquqi baxımdan etibarlı razılıq verə bilməz. Uşağın iradəsi ailənin, dini çevrənin və ya başqa şəxslərin qərarı ilə əvəzlənə bilməz.
Bəzən bütün mübahisələri bir cümlə ilə yekunlaşdırmaq mümkündür:
Uşaq uşaqdır. Onun uşaqlığını heç bir dini mərasim, ənənə və ya ailə qərarı əlindən ala bilməz.
Cübbənin ağırlığı vicdanın ağırlığından çox olmamalıdır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.