Formula 1 zamanı Bakıda yollarla bağlı məhdudiyyətlər
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyat məhdudiyyətləri tətbiq olunacaq.
İlkin məhdudiyyətlər sentyabrın 19-u saat 21:00-dan başlayacaq.
Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsi bağlanacaq.
Bakı Şəhər Halqasının keçdiyi küçələr isə 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək bağlı olacaq.
Sakinlərin rahatlığı üçün bəzi əsas yollar müəyyən saatlarda açıq olacaq:
21-22 sentyabr: 07:00-09:00 və 18:00-20:00
23 sentyabr: 07:00-09:00 və 20:00-22:00
Açıq olacaq əsas tranzit istiqamətlər:
Salyan şosesi – Neftçilər prospekti – Azneft dairəsi
Lermontov küçəsi – BMT-nin 50 illiyi küçəsi – İstiqlaliyyət küçəsi
Səməd Vurğun küçəsi – Üzeyir Hacıbəyli küçəsi – Bülbül prospekti
Bülbül prospekti – Xəqani küçəsi – Neftçilər prospekti
Tranzit dəhlizlərində parklanma və sərnişin mindirib-düşürmə qadağan olunacaq. Sürət həddi 50 km/saat olacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.