Saxta əlillik verən həkimin məhkəməsində "paveska" paylayan danışdı - ŞOK İFADƏ

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə məhkəmədə Qabil Quliyev ifadə verib.

O bildirib ki, rayonda “paveska” paylayıb və digər təqsirləndirilən İntiqam Kərimova 5000 manat verib. Sonradan ondan aldığı bəzi sənədləri ağ rəngli avtomobildə olan şəxsə çatdırdığını deyib.

İttihama görə, təqsirləndirilən şəxslər saxta tibbi məlumatlarla əlillik təyin olunmasına şərait yaradaraq külli miqdarda rüşvət alıblar.